ABŞ-də kilsədə gülləbaran törədilib | VİDEO
“Daha bir nəfər güllə yaraları nəticəsində yerli xəstəxanada ölüb”, - şerif yerli hüquq-mühafizə orqanlarının “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlanan videomüraciətində deyib.
“NBC News” telekanalının məlumatına görə, qətli törədən 40 yaşlı Tomas Ceykob Senforddur. Hadisə yerində partlayış və ya yanğın törətmək üçün nəzərdə tutulmuş ən azı üç əldəqayırma qurğu aşkar edilib.
Cinayətkar hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Polis hücumçunun öldürüldüyünü bildirib. Onun, böyük ehtimalla, təkbaşına hərəkət etdiyi və sakinlər üçün artıq təhlükə olmadığı bildirilir. Hücumun motivi hələ də bəlli deyil.
ABŞ prezidenti Donald Tramp atışmanı ölkədə xristianlara qarşı məqsədyönlü hücum adlandırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ kilsə gülləbaran







Vaxtında, Aydın, Lazımlı!


